Geri

FHN-də BMT-nin Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi ilə görüş olmuşdur

10 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Fikrət Akçura ilə görüşmüşdür.

Görüş zamanı nazir FHN və BMT-nin aidiyyəti strukturları arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə etmiş və davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd etmişdir.

Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkür edərək, aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Həmçinin, görüş zamanı FHN ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinin icrası ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.

Görüşün sonunda nazir, Fikrət Akçuranın Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar gələcək işlərində uğurlar arzulamışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

12 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin məlumatı

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolmuşdur. Yağan yağışlarla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti"nə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olmuşdur....

Ardını oxu