Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tatarıstan Respublikasında rəsmi səfərdə olmuşdur

27-29 yanvar 2012-ci il tarixlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində nazir Kəmaləddin Heydərov Tatarıstan Respublikasının Prezidenti cənab Rustam Minnixanovla, Baş nazir İldar Xalikov, fövqəladə hallar naziri Rafis Xabibullin və digər vəzifəli şəxslərlə görüşmüşdür. Qeyd olunan gorüşlərdə hər iki ölkənin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən razılıq ifadə edilmiş və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilmişdir. Səfər çərçivəsində, habelə Tatarıstan Respublikasının bir sıra müəssisələrinə, o cümlədən Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan qurumlara baş çəkilmiş, onların fəaliyyəti ilə yaxından tanışlıq olmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu