Geri

FHN-də ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüş olmuşdur

25 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Tarqayı qəbul etmişdir.

Görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat vermiş, həmçinin, FHN və ATƏT arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə etmiş və neft dağılmalarına qarşı hazırlıq sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdır.

ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Tarqay da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd etmişdir.

Görüşdə FHN ilə ATƏT arasında əməkdaşlığın hazırki vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin MƏLUMATI

Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur....

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2019-cu il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu

Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (Video)

Qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır....

Ardını oxu