Geri

FHN-də Pakistan İslam Respublikasının Bakıdakı səfiri ilə görüş keçirilmişdir

11 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab İnayatullah Kakarı qəbul etmişdir.

Görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində nazirliyin beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat vermişdir. Bununla yanaşı, Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının müvafiq qurumları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini xüsusi qeyd etmişdir.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və ötən il Pakistan İslam Respublikasında baş vermiş daşqınlar zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilmiş humanitar yardımı yüksək qiymətləndirmişdir. Səfir, həmçinin, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin MƏLUMATI

Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur....

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2019-cu il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu