Geri

Gürcüstanın daxili işlər naziri FHN-də olmuşdur

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəvəti ilə fevral ayının 25-də Gürcüstanın daxili işlər naziri İvane Merabişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti respublikamızda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun və Gürcüstanın daxili işlər naziri İvane Merabişvilinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olmuşdur.

Səmimilik şəraitində keçən görüş zamanı Azərbaycanın  və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Görüşdə, həmçinin, hər iki qurum arasında fövqəladə halların idarə olunması sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin və kompleks tədbirlər planının hazırlanması barədə razılıq əldə olunmuşdur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası... ...

Ardını oxu

FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb....

Ardını oxu