Geri

FHN-də Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Mariani ilə görüş olub

11 fevral 2011-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianini qəbul etmişdir.

Nazir görüş zamanı qonağa respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Həmçinin, müasir tələblərə cavab verən yeni texnika və avadanlıqların alınmasına xüsusi diqqət yetirən nazirliyin Fransanın müvafiq şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğu qonağın diqqətinə çatdırılmışdır.

Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlı olduğunu, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu