Geri

FHN-də tikinti sektorunun nümayəndələri ilə görüş keçirilmişdir

Cari ilin fevral ayının 10-da Fövqəladə Hallar Nazirliyində dövlət və özəl tikinti şirkətlərinin rəhbərlərinin, mərkəzi icra hakimiyyəti orqanlarının tikinti təşkilatlarının nümayəndələrinin, Nazirliyin tikintidə təhlükəsizliyə nəzarət məsələləri üzrə cavabdeh şəxslərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə Fövqəladə Hallar Nazirliyi ilə tikinti şirkətləri arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, tikinti sektorunda qanunvericiliyin tələblərinə əməl olunması və perspektiv məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.

Görüşdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatının dinamik templə inkişaf etdiyini qeyd edərək, Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində ölkəmizin ciddi uğurlara imza atdığını bildirdi. Nazir sabit sosial siyasətin nəticəsi olaraq tikinti sektorunda da sürətli inkişaf tendensiyasının müşahidə edildiyini diqqətə çatdırdı. Təəssüf hissi ilə bildirdi ki, 2005-ci ilədək bu sahədə aparılan tikinti-quraşdırma işlərinin layihələrə, tikinti norma və qaydalarına, istifadə olunan tikinti materiallarının standartlara uyğunluğuna sistemli dövlət nəzarəti həyata keçirilməmişdir. Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilməsi, dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi sakinlərin haqlı narazılıqlarına səbəb olmuşdur. Nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra ölkə ərazisində, o cümlədən Bakı şəhərində geniş vüsət almış tikinti işlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə dövlət nəzarəti aparılmağa başlandı və bu istiqamətdə ciddi addımlar atıldı. "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Prezident İlham Əliyevin məlum Fərmanına əsasən tikinti sahəsində dövlət nəzarətinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin, hüquqi bazanın yaradılması istiqamətində də ciddi işlər görüldü, müəyyən normativ aktlar qəbul edildi. Bu addımlardan biri kimi hazırda yerli mütəxəssislərin və xarici ekspertlərin iştirakı ilə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin layihəsi üzərində iş gedir və layihənin yaxın vaxtlarda müzakirəyə çıxarılması nəzərdə tutulur.   

İclasa yekun vuran fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti təşkilatlarını və firmalarını respublikada inşa olunan obyektlərin tikintisində keyfiyyətin yüksəldilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində Nazirlik tərəfindən həyata keçirilən kompleks tədbirlərin reallaşdırılmasında fəal iştirak etməyə çağırdı. Nazir, eyni zamanda, xəbərdar etdi ki, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyən bütün fiziki və hüquqi şəxslərlə bağlı cari ilin mart ayının 1-dən başlayaraq ciddi tədbirlər görüləcək, həmçinin, materiallar hüquq-mühafizə və məhkəmə orqanlarına göndəriləcək.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu

“Mübarizlər” ekstremal idman marafonu üzrə qalib komanda təltif olunmuşdur

6 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Mübarizlər” ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutmuş Fövqəladə Hallar Nazirliyinin komandasının üzvlərinin təltif olunma mərasimi keçirilmişdir. ...

Ardını oxu