Geri

FHN Bakı Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi (BRM) Bakı şəhər rayonlarının icra hakimiyyətləri ilə birgə "Yanğın təhlükəsizliyi" mövzusunda silsilə maarifləndirmə tədbirlərini davam etdirir. Ehtimal olunan yanğın hadisələrinin qarşısının alınması, sakinlərə yanğın hadisələri zamanı düzgün davranış vərdişlərinin aşılanması məqsədilə noyabr ayının 21-i və 22-də müvafiq olaraq Nizami və Qaradağ rayonlarında növbəti müşavirələr keçirilmişdir. Tədbirlərdə çıxış etmiş natiqlər son zamanlar soyuqların düşməsi ilə əlaqədar elektrik qısaqapanmaları, qaz sistemlərindəki nasazlıqlar nəticəsində bədbəxt hadisələrin baş vermə ehtimalının xeyli artdığını qeyd etmişlər. Bu səbəbdən Bakı Regional Mərkəzinin təşəbbüsü ilə rayon icra hakimiyyətləri ilə birgə yanğın təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbirlərinin keçirilməsi vaxtında atılmış addım kimi qiymətləndirilmişdir.

Müşavirələrdə FHN-in müvafiq qurumlarının və BRM-in yüksək ixtisaslı mütəxəssisləri tərəfindən "Yanğının söndürülməsinə maneçilik törədən səbəblər və onların aradan qaldırılması yolları", "Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları", "Yanıqlar və dəm qazından boğulma halları zamanı ilkin tibbi yardım", "Qazdan, elektrik enerjisindən təhlükəsiz istifadə qaydaları", "Payız və qış mövsümü ilə əlaqədar görüləcək tədbirlər", "Yanğın təhlükəsizliyi problemləri və onların həlli yolları", "Elektrik enerjisindən təhlükəsiz istifadə qaydaları" mövzularında edilmiş çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənilmişdir.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu