Geri

Fövqəladə hallar nazirinin müavini Serbiyada keçirilən Konfransda iştirak etmişdir

 

2011-ci ilin 18 noyabr tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində “Təbii və texnogen fəlakətlərin qarşısının alınması ilə bağlı regional fəaliyyətin əlaqələndirilməsi” mövzusuna həsr edilmiş Nazirlər Konfransı keçirilmişdir.

Konfransı giriş sözü ilə Serbiyanın Baş naziri Mirko Tsvetkoviç açmış, daha sonra tədbirdə çıxış edən Avropa Birliyinin Beynəlxalq əməkdaşlıq, humanitar yardım və böhranın qarşısının alınması üzrə Komissarı xanım Kristalina Georgiyeva və Serbiya Baş nazirinin birinci müavini, Daxili işlər naziri İvitsa Daçıç təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması sahəsində fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyini vurğulamışlar.

Konfransda çıxış edən Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev ölkəmizin təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması sahəsində bir çox ölkələrlə sıx əməkdaşlığı, Azərbaycanda fövqəladə halların qarşısının alınması sahəsində əldə olunmuş təcrübə, Nazirliyin maddi-texniki bazası barədə məlumat vermişdir.

Konfransda digər iştirakçı ölkələr və beynəlxalq qurumların nümayəndələri çıxış edərək fövqəladə hallara hazırlıq, fəlakət riskinin azaldılması və nəticələrinin aradan qaldırılması və bu sahədəki əməkdaşlığın əhəmiyyəti barədə danışmışlar.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu