Geri

FHN Akademiyasının maddi-texniki və metodiki bazası möhkəmlənir

Fövqəladə Hallar Nazirliyi fəaliyyətə başladığı ilk günlərdən fövqəladə halların idarə olunması üzrə böyük təcrübəyə malik xarici ölkələrin müvafiq dövlət qurumları ilə əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət yetirir.

2009-cu ildən kursant qəbuluna başlayan FHN Akademiyasında tədris prosesinin normativ hüquqi aktlara və normativlərə uyğun qurulması, maddi-texniki və metodiki bazanın yaradılması və möhkəmləndirilməsi, fövqəladə hallar sahəsində elmi tədqiqatların aparılması və digər bu kimi mühüm vəzifələrin əməli həllinə nail olunması istiqamətində xeyli iş görülmüşdür. FHN Akademiyası formalaşarkən diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri məhz beynəlxalq təcrübəyə üstünlük verilməsi olmuşdur.

12 noyabr 2011-ci il tarixində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında imzalanmış Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişə, eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyi arasında 2009-2011-ci illər üçün Kompleks Əməkdaşlıq Planına uyğun olaraq Azərbaycan FHN Akademiyasının formalaşdırılmasına dəstək çərçivəsində növbəti yük göndərilmişdir. Belə ki, Akademiya üçün tədris-metodiki ədəbiyyat, kursantların avtomobil hazırlığı üçün müxtəlif nəqliyyat vasitələrinin trenajorları, müasir yanğın və qəza-xilasetmə trenajor kompleksi, materialşünaslıq sinfi üçün avadanlıq və cihazlar, dağ-səhra şəraitində qəza-xilasetmə hazırlığı üçün auditoriya avadanlıqları, o cümlədən "Poli-Spektr-Radio-4" fizioloji siqnallar radiokanalı ilə qeydiyyat və ötürmə sistemi avadanlığı, VPL-MX20 modelli "SONY" proyektoru və digər avadanlıqlar gətirilmişdir. Yaxın günlərdə həmin avadanlıqlar quraşdırılıb Akademiya kursantlarının istifadəsinə veriləcəkdir. Həmçinin, Akademiyanın iki əməkdaşı Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin müvafiq ali tədris müəssisələrinə ezam olunmuş, onlar həmin qurğulardan istifadə qaydalarını tam mənimsəmişlər.

Onu da qeyd edək ki, FHN tərəfindən  2010-ci ildə Akademiya üçün göndərilmiş kimya, elektronika və elektrotexnika laboratoriyası  və digər avadanlıqlar tədris müəssisəsində quraşdırılmış, həmçinin, 1 ədəd xüsusi avadanlıqlarla komplektləşdirilmiş "Fiat" markalı qəza-xilasetmə avtomobili gündəlik iş prosesində istifadəyə verilmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu