Geri

Türkiyədə zəlzələdən zərər çəkənlər üçün növbəti yardım karvanı yola salınmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, noyabrın 12-də FHN tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınmışdır. Həmin avtomobil karvanı ilə 200 yataq çarpayısı, 150 ədəd çadır təbii fəlakət bölgəsinə göndərilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bundan əvvəl Fövqəladə Hallar Nazirliyi tərəfindən 1250 ədəd çadır, 700 səhra yataq dəsti, 5000-dən artıq ədyal, 2000 yataq dəsti, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərər çəkmiş bölgəyə çatdırılmışdır. Eyni zamanda, Van bölgəsində xilasetmə əməliyyatlarında yaxından iştirak edən Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından 12 şəxs xilas edilmiş, 60 cəsəd çıxarılmışdır.



Digər məlumatlar

“Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu