Geri

FHN xilasediciləri Türkiyədən Vətənə qayıdıblar

Türkiyənin Van şəhərində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bu gün Vətənə qayıdıb. Oktyabrın 23-də ilk olaraq Vana yola düşmüş Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından 60 cəsəd çıxarılıb, 12 şəxs isə xilas edilib. Zəlzələ bölgəsində aparılan xilasetmə əməliyyatlarında FHN-in Kinoloji xidmətinin itləri də iştirak edib.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  27 fevral 2018-ci il tarixdə Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı:

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır. ...

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu