Geri

Azərbaycan və Rusiya Fövqəladə Hallar Nazirliklərinin Akademiyaları arasında Saziş imzalanmışdır

20 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Mülki Müdafiə Akademiyası arasında elmi və təhsil fəaliyyəti sahəsində birgə əməkdaşlığa dair Saziş imzalanmışdır.

Azərbaycan və Rusiyanın müvafiq qurumlarının rəhbərləri tərəfindən imzalanan saziş, yüksək ixtisaslı xilasedici kadrların hazırlanmasında effektiv sistemin yaradılması məqsədini daşıyır. Sazişdə mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində aparıcı mütəxəssislərin, elmi və pedoqoji işçilərin səylərinin birləşdirilməsi, hər iki Akademiyanın elmi-tədqiqat və pedaqoji fəaliyyətinin səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.



Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  27 fevral 2018-ci il tarixdə Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı:

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır. ...

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu