Geri

İspaniya Krallığının Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici ticarət üzrə Dövlət katibi Alfredo Bonet Baigetin rəhbərlik etdiyi nümayəndə heyəti FHN-də olmuşdur

Ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığının Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici ticarət üzrə Dövlət katibi Alfredo Bonet Baigetin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qəbul etmişdir.

Görüş zamanı nazir Kəmaləddin Heydərov Nazirlik və onun tabeliyində olan qurumlar və onların fəaliyyəti haqqında ümumi məlumat vermişdir. Həmçinin, Nazirlik yarandığı tarixdən etibarən nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırmışdır.

Qonaq da öz növbəsində, Azərbaycanla İspaniya Krallığı arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş və bu əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərəcəyini vurğulamışdır.



Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planı ilə bağlı müzakirələr aparılmışdır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilmişdir. Görüşdə fövqəladə hallar nazirinin müavinləri  - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə,  general-leytenant Ragim Lətifov, Orucəli Hacıyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Anar Quliyev, "The Boston Consulting Group" şirkətinin ekspertləri......

Ardını oxu

“TENİZ-2018” beynəlxalq kompleks təlimi başa çatmışdır (VIDEO)

Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının Mangistau vilayətində start götürən və 2 gün davam edən “TENİZ-2018” beynəlxalq kompleks təlimi avqustun 3-də  sona çatmışdır ...

Ardını oxu