Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Oktyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş I kurs kursantlarının andiçmə mərasimi keçirilmişdir.

Mərasim açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının dövlət himni səslənmiş, dövlət bayrağı meydana  gətirilmişdir. Sonra kursantlar and içmişlər.

Tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı  Faiq Tağı-zadə kursantları təbrik etmiş və gələcək təhsillərində onlara uğurlar arzulamışdır.

Valideynlər adından Mədaxil Cavadlı, kursantlar adından isə kursant Pərvin Budaqov çıxış edərək and içənləri təbrik etmişlər.

Daha sonra Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov çıxış edərək kursantların and içmə mərasiminin çox əlamətdar hadisə olduğunu qeyd etmiş, onları təbrik etmişdir.

Mərasim təntənəli marş keçidi ilə yekunlaşmışdır.  

Digər məlumatlar

FHN “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2017-ci il dekabrın 7-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. ...

Ardını oxu

Fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü seçilmişdir

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə diplom və döş nişanını təqdim etmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşları qəbul etmişdir

24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir....

Ardını oxu