Geri

FHN-nin "Gənc xilasedicilər" komandası beynəlxalq yarışda iştirak etmişdir

Cari ilin 16-22 sentyabr tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) "Gənc xilasedicilər" komandası Belarus Respublikasının "Zubronok" Milli Uşaq Təhsil-sağlamlıq mərkəzinin bazasında keçirilmiş VIII Beynəlxalq gənc xilasedici və yanğınsöndürənlər yarışında iştirak etmişdir.

Yarışda 13 ölkəni -  ABŞ, Cənubi Koreya, Serbiya, İsveçrə, Polşa, Bolqarıstan, Rusiya Federasiyası, Ukrayna, Moldova, Latviya, Litva, Belarus və Azərbaycanı təmsil edən komandalar iştirak etmişdir. Komanda hesabında birinci yerə Rusiya Federasiyasının, ikinci yerə Belarus Respublikasının, üçüncü yerə Ukraynanın, dördüncü yerə isə Azərbaycan Respublikasının komandası layiq görülmüşdür. Yarışlar dörd mərhələdən ibarət olmuşdur. "Vizit kartı" müsabiqəsində və "Yanğın estafeti" yarışında isə FHN-nin komandası üçüncü yerə layiq görülmüşdür.

Yarışın sonunda Belarus Respublikasının fövqəladə hallar naziri Ənvər Bariyev FHN-nin komandası ilə görüşmüş və komandanın uğurlu çıxışını qeyd edərək onları təbrik etmişdir.

Digər məlumatlar

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “10 aprel - İnşaatçılar Günü” münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu