Geri

Bakıda mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilmişdir

Cari ilin 13-16 sentyabr tarixlərində Bakı şəhərində ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə "Mülki-hərbi fövqəladə hazırlıq" mövzusunda seminar keçirilmişdir. 

Tədbirdə FHN-nin struktur bölmələri və qurumlarının 40-a yaxın əməkdaşı, həmçinin, digər dövlət qurumlarının 15-ə yaxın nümayəndəsi iştirak etmişdir.

Seminarın keçirilməsində məqsəd qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübənin bölüşdürülməsi olmuşdur.

Tədbirdə Azərbaycanın Aran rayonlarında baş vermiş subasma ilə bağlı video təqdimatı edilmiş, subasmanın nəticələrinin aradan qaldırılması işləri barədə ABŞ ekspertlərinin iştirakı ilə fikir mübadiləsi aparılmışdır. Həmçinin subasma, bu barədə xəbərdarlıq tədbirləri və daşqın dövründə coğrafi məlumat sistemindən istifadə olunması qaydaları barədə təqdimatlar dinlənilmişdir.

Növbəti günlərdə 2010-cu ildə Meksika körfəzində baş vermiş neft dağılması barədə ABŞ tərəfinin geniş təqdimatı diqqətə çatdırılmış, bu istiqamətdə müzakirələr aparılmışdır. Bundan başqa, bu ilin yanvar ayında Haitidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında ABŞ-ın tibbi heyətinin rolu və töhfəsi barədə təqdimat edilmişdir.

Tədbirin ikinci hissəsi simulyasiya mərkəzində tədbir iştirakçıları üçün ayrılmış ayrı-ayrı otaqlarda masaüstü təlimlə davam etdirilmişdir.

Təlimin əvvəlcədən hazırlanmış ssenarisi subasma və neft dağılmalarına həsr olunmuş mövzular üzərində qurulmuşdur. Ssenaridə nazirliyin xilasetmə qurumlarının qüvvə və vasitələrinin baş vermiş təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətinin təşkili, əsas qüvvə və vasitələrin fövqəladə hadisə rayonlarına cəmləşməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin koordinasiya edilməsi üçün əməliyyat qərargahlarının yaradılması, digər dövlət orqanlarının qüvvələri ilə qarşılıqlı əlaqənin qurulması, insаnlаrın хilаs еdilməsi, оnlаrа ilkin tibbi yаrdımın göstərilməsi və təhlükəsiz zоnаyа köçürülməsi, dənizə dağılan nеftin yayılmasının qarşısının alınması və yığılmаsı tədbirlərinin həyаtа kеçirilməsi müddəaları öz əksini tapmışdır.

Tədbirin son günü keçirilmiş təlim iştirakçılar tərəfindən birlikdə ətraflı müzakirə olunmuş və təhlillər aparılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu