Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükü barədə elan edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Dəvəçi-Dəyirman MMC", "Karat-Holdinq", "FATOĞLU", "N.Quliyev adına Bakı-Taxıl", "Araz ASC", "Aveta", "EL" KM, "Bəxtiyar" İstehsalat-ticarət və "Neon" müəssisələri vasitəsilə cari ilin iyul ayının 1-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 160AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edir:

I. Dənin naturası (bir lititlik purkalarda qramla):

buğda üçün                                                                          

-750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün                                                                     

-2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

buğda üçün                                                                         

- 5 faizdən çox olmamaqla

 

IV. Nəmlik (faizlə)- bütün

bitkilər üçün                                                                   

-13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq -3-cü sinif

buğda üçün

yapışqanlığın keyfiyyəti                                                            

- 23 faizdən az olmamaqla

 

-2-ci qrupdan aşağı olmamaqla

 

VI. Şüşəvarilik

-1-ci və 2-ci sinif buğdalar üçün                                      

-3-cü və 4-cü sinif buğdalar üçün                                       

 

-60 faizdən az olmamaqla

-məhdudlaşdırılmır

VII.  İyi və dadı-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və

onların emalı məhsullarına keçən (kerosin, benzin,

sarımsaq və buna oxşar maddələr) digər iy və dad

 

 - yol verilmir

 

III. Sürmə ilə sirayətlənmiş dənlər

-yol verilmir

IX. Anbar ziyanvericiləri

ilə sirayətlənmə bütün bitkilər üçün

 

- yol verilmir

X. Digər əlamətlər -bütün bitkilər üçün                         

karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)

 

 

-yol verilmir

 Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən məhsul qəbul edilməyəcəkdir.

Qəbul məntəqələrinin ünvanları və əlaqə telefonları:

"Dəvəçi-Dəyirman MMC": Şabran şəhəri, Nizami küçəsi 1; tel: (0115) 3-23-21, (055) 760-35-05, (050) 382-35-84

"Karat-Holdinq": Xırdalan şəhəri, Şamaxı şosesi 23; tel: (012) 342-09-50, (050) 223-18-97

"FATOĞLU": Gəncə şəhəri, Kimyaçılar küçəsi 1; tel: (022) 56-94-44, (012) 418-45-38, (050) 222-08-20

"N.Quliyev adına Bakı-Taxıl": Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə; tel: (012) 567-00-76, (012) 566-21-72

"Araz ASC": Bakı şəhəri, Ziğ şosesi 27; tel: (012) 379-10-29, (012) 373-04-89, (050) 502-29-08; faks - (012) 373-90-00

"Aveta": Kürdəmir şəhəri, Bakı prospekti 6; tel: (0145) 6-60-08, (050) 200-11-97; faks: (0145) 6-60-03

"EL" KM:  Abşeron rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300; tel: (012) 346-08-08, (012) 346-08-00

"Bəxtiyar" İstehsalat-ticarət Firması: Gəncə şəhəri, H.Əliyev prospekti 95, Gəncə dəyirmanının elevatoru; tel: (022) 55-88-03, (055) 636-16-60, (050) 312-49-46

"Neon": Gəncə şəhəri, Ə.Əliyev küçəsi 3; tel/faks: (022) 57-57-22, (050) 220-30-27

Digər məlumatlar

“Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu