Geri

Fövqəladə Hallar Nazirliyində milli mətbuatın 135 illik yubileyi ilə bağlı görüş keçirilib

Fövqəladə Hallar Nazirliyində milli mətbuatın 135 illik yubileyi ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilmişdir. Yubiley münasibətilə jurnalistləri təbrik edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Azərbaycan milli mətbuatının zəngin ənənələrindən, milli mətbuatımızın inkişafında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, mətbuata göstərilən diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Fövqəladə Hallar Nazirliyinin çoxşaxəli fəaliyyətinin ölkə ictimaiyyətinə çatdırılmasında jurnalistlərin əməyini təqdir edən nazir müavini Orucəli Hacıyev onlara yaradıcılıq uğurları arzulamışdır.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış etmişdir.

Görüşün sonunda Milli Mətbuat günü münasibəsilə fövqəladə halların nəticələrinin aradan qaldırılması əməliyyatlarında iştirak zamanı göstərdikləri fədakarlığa və həmrəyliyə, habelə faydalı əməkdaşlığa görə bir qrup jurnalistə Fövqəladə Hallar Nazirliyinin "Əməkdaşlığa görə" döş nişanı təqdim edilmişdir.



Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu

“Mübarizlər” ekstremal idman marafonu üzrə qalib komanda təltif olunmuşdur

6 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Mübarizlər” ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutmuş Fövqəladə Hallar Nazirliyinin komandasının üzvlərinin təltif olunma mərasimi keçirilmişdir. ...

Ardını oxu