Geri

Fövqəladə Hallar Nazirliyinin gənc xilasedici və yanğınsöndürənlər komandası beynəlxalq yarışda ikinci yeri qazanmışdır

1-8 iyul 2010-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin gənc xilasedici və yanğınsöndürənlər komandası Ukraynanın İvano-Frankovski vilayətinin Yaremça şəhərində keçirilmiş "Təhlükəsizlik məktəbi" adlı V Beynəlxalq (X Ümumukrayna) gənc xilasedicilərin təlim yarışında iştirak etmişdir.

Yarışlarda komandalar təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış bacarıqlarını, eləcə də insanlara psixoloji yardım göstərilməsi hazırlığını, radiasiya və kimyəvi təhlükədən qorunma, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su hövzələrində axtarış-xilasetmə işlərinin aparılması və fövqəladə vəziyyət zonasında yanğın-xilasetmə və qəza-bərpa işləri, tibb xidmətinin əsasları və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə keçirilmiş müsabiqələrdə öz bacarıqlarını nümayiş etdirmişlər.

Yarışda Nazirliyin komandası uğurla çıxış edərək ikinci yerə layiq görülmüşdür. Birinci və üçüncü yerlərə isə Ukrayna komandaları layiq görülmüşdür. Yarışlarda qalib gəlmiş komandalar kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar

Onu da qeyd edək ki, yarışlar zamanı Nazirliyin komandası Karpat dağlarının hündürlüyü 2060m. olan Zaverla zirvəsini fəth edərək Azərbaycan bayrağını sancmışlar.

Digər məlumatlar

“Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu