Geri

Nazir Kəmaləddin Heydərov Robert Simmonsu qəbul etmişdir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul etmişdir.

Görüşdə hər iki qurum arasında əməkdaşlığın vəziyyəti, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Alyans və onun qurumları ilə mülki fövqəladə planlaşdırma sahəsində Nazirlik arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirən nazir Kəmaləddin Heydərov bu əməkdaşlığın bundan sonra da davamlı olaraq inkişaf etdiriləcəyinə əminliyini diqqətə çatdırmışdır. Nazir bu istiqamətdə NATO-nun Təbii Fəlakətlərə Cavabvermənin Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzi ilə əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu