Geri

Aramsız yağışların yaratdığı vəziyyətin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir

Son dövrlər yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar olaraq respublikanın ayrı-ayrı şəhər və rayonlarında mürəkkəb vəziyyət yaranmışdır. Bir sıra ərazilərdə qrunt və yağış sularının yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin 800-dən yuxarı şəxsi heyəti, 186 ədəd texnika, 57 ədəd motopompa, 63 ədəd su nasosu vasitəsilə, həmçinin, rayon icra hakimiyyətlərinin müvafiq qüvvələri ilə birgə hadisə bölgələrində yaranmış vəziyyətin aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilir.

Belə ki, Nazirliyin qüvvələri və texnikası hazırda Şirvan şəhərinin Kür qırağındakı yaşayış massivləri, o cümlədən Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri, Salyan rayonunun inzibati mərkəzi və Qaraçala qəsəbəsi, Kür Qaraqaşlı, Ərəbqardaşbəyli, Çuxanlı, Seyidan, Qarabağlı, Pambıqkənd, Təzəkənd, Cəngan, Noxudlu kəndlərində həyətyanı sahələrdən suyun çəkilməsi, Kür çayı üzərində uzunluğu 500 metr olan bəndin bərkidilməsi işlərini reallaşdırırlar. Həmçinin, Sabirabad rayonunun inzibati mərkəzi və Yolçubəyli, Həsənli, Cəngan, Kürkəndi, Narlıq, Balvar, Cavad, Yuxarı Axtaçı, Qasımbəyli, Muradbəyli, Türkədi, Əsgərbəyli, Dadaşbəyli kəndlərində, Saatlı rayonunun Novruzlu, Dəllər, Ağarəhimli, Kamallı kəndlərində, İmişli rayonunun inzibati mərkəzi və Məmmədli, Hacımustafalı, Telişli və Ağamalılar kəndlərində bənd bərkitmə işləri ilə yanaşı, həyətyanı sahələrdən suyun çəkilməsi operativ qaydada davam etdirilir. Neftçala rayonunun inzibati mərkəzi və Bankə və Xıllı qəsəbələri, Aşağı Qaramanlı, Yenikənd kəndləri, Hacıqabul rayonunun Rəncbər, Abdulabad, Kolanı, Meyniman, Ələtli və Dürbənd kəndlərində, Kürdəmir, Zərdab, Beyləqan və Ağcabədi rayonları ərazisində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu