Geri

Küveyt Dövlətinin Daxili İşlər Nazirliyinin Mülki Müdafiə Komitəsinin sədri Azərbaycana səfər etmişdir

17-20 may 2010-cu il tarixlərində Küveyt Dövlətinin Daxili İşlər Nazirliyinin Mülki Müdafiə Komitəsinin sədri general Yusif əl-Roudanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı əsas məqsəd fövqəladə hallarla mübarizə üzrə müvafiq dövlət qurumları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi olmuşdur.

Səfər zamanı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüş olmuşdur. Nazir Kəmaləddin Heydərov nazirliyin fəaliyyəti, habelə respublika ərazisində baş verən daşqınlar, fəlakətin qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər barəsində qonaqlara məlumat vermişdir. Yusif əl-Rouda öz növbəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. Görüşdə hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində qonaqlar Fövqəladə Hallar Nazirliyinin qurumlarının fəaliyyəti ilə tanış olmuşdur. Qonaq Yusif əl-Rouda Nazirliyin maddi-texniki imkanları və kadr hazırlığını yüksək qiymətləndirmişdir.

 



Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatı

29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu