Geri

Bakıda NATO-nun Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin plenar iclası keçirilir

Mayın 18-də Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası (AATŞ) çərçivəsində Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin (AMFPK) plenar iclası öz işinə başlamışdır. Ümumilikdə, iclasda 40-dan çox dövlətin nümayəndəsi iclasda iştirak edir.

İclası giriş sözü ilə açan NATO-nun Əməliyyat Planlaması üzrə Baş katibinin müavini, səfir Maurits Yohems dəyərli əməkdaşlığa və plenar iclasın yüksək səviyyədə təşkili edilməsinə görə Azərbaycan tərəfinə öz təşəkkürünü bildirib.

Sonra Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qısa giriş nitqi ilə çıxış edib. Nazir çıxışında Azərbaycanla NATO arasında artan tərəfdaşlığın dinamikasını, o cümlədən mülki fövqəladə planlaşdırma sahəsində əməkdaşlığın xüsusi vacibliyini vurğulayıb. AATŞ məkanında təbii və texnogen xarakterli fəlakətlərin başvermə tezliyini yada salaraq, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycan bu əməkdaşlığa əlavə dəyər verən töhfələr üçün səylər göstərməyə davam edəcək. Bundan başqa, nazir Azərbaycanın beynəlxalq xilasetmə əməliyyatlarına da töhfə verməyə qadir olduğunu vurğulayıb.

Həmçinin, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov respublika ərazisində baş verən fəlakət və daşqınların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər barəsində də iclas iştirakçılarına məlumat verib.

Xatirladaq ki, NATO-nun AMFPK öz plenar iclasını müstəsna hallarda NATO-nun Brüsseldəki Mənzil Qərargahından kənarda keçirir. Bu plenar iclasın Azərbaycanda keçirilməsi NATO-nun Azərbaycanla tərəfdaşlığının, o cümlədən mülki fövqəladə planlaşdırma sahəsində əməkdaşlığın vacibliyinin tanınmasının göstəricisidir.

Plenar iclas sabah öz işini NATO müttəfiqlər formatında davam etdirəcək.



Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu