Geri

Nazirliyin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olmuşdur

4 may 2010-cu il tarixində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, Baş müfəttiş əlahəzrət Sultan bin Əbdüləziz Al Səudun dəvəti ilə həmin ölkədə rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində əlahəzrət Sultan bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanı Krallığının daxili işlər nazirinin müavini general-mayor Əhməd Səlim və Mülki Müdafiə Baş İdarəsinin rəisi general-leytenant Saad Abdullah Əl-Tüveycirlə görüş olmuşdur.

Görüşlərdə Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasındakı əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi qeyd olunmuş, beynəlxalq və regional təşkilatlarda hər iki ölkənin milli maraqlarının birgə müdafiə olunduğu bildirilmişdir. Eyni zamanda, əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmləndirilməsinin, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmış və fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.



Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu