Geri

Bakı şəhərində NATO-nun Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin plenar iclası keçiriləcək

18-19 may 2010-cu il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası çərçivəsində Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin (AMFPK) plenar iclası keçiriləcəkdir.

Tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin, NATO-nun müvafiq strukturlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbirə NATO-nun Baş katibinin əməliyyatların planlaşdırılması üzrə rəsmi nümayəndəsi səfir Maurits Yoxems sədrlik edəcəkdir.

Tədbirin əsas məqsədi 2010-2013-cü illər üzrə AMFPK-nın planlaşdırma büro və komitələrinin iş proqramı, 2011-2015-ci illər üzrə treninq və təlimlərlə bağlı fəaliyyət proqramı, kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi sahəsi mütəxəssisləri ilə mümkün hücumlara qarşı mülki hazırlığın təkmilləşdirilməsi üçün AMFPK-nın fəaliyyət planının, həmçinin, fövqəladə hallar və fəlakətlər zamanı yardım imkanları və digər aidiyyəti məsələlərin müzakirəsidir.

Tədbirin keçirildiyi günlərdə mülki fövqəladə planlaşdırma və böhranların idarə olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin NATO-nun müvafiq strukturları ilə əlaqələrinin inkişaf etdirilməsi üçün bir sıra görüşlər keçiriləcək və qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcəkdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu