Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Daxili Qoşunların hospitalında yanğına qarşı təbliğat günü keçirmişdir

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi işini təşkil etmək, dövlət orqanları və ictimai təşkilatlar tərəfindən bu istiqamətdə aparılan işlərə metodiki köməklik göstərmək istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir.

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsi və Xüsusi və qapalı obyektlərə nəzarət sektoru tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hospitalında keçirilən yanğına qarşı təbliğat günündə adı çəkilən tibb ocağının tibb və texniki heyəti yanğın təhlükəsizliyi ilə bağlı müvafiq biliklərlə maarifləndirilmişdir. Belə ki, hospitalın əməkdaşlarına - tibb və texniki heyətə səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması qaydalarının ümumi müddəaları öyrədilməklə yanaşı, tibb ocaqlarında ərazilərin və binaların saxlanılması, fizioterapiya kabinetlərində, rentgen plyonkalarının arxiv otaqlarında, isitmə sistemində, işıq və qızdırıcı cihazların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri haqda geniş izahat verilmişdir.   

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Daxili Qoşunların hospitalında keçirilən yanğına qarşı təbliğat günündə tibb və texniki heyətə ilkin yanğınsöndürmə vasitələrinin tətbiq olunması qaydaları, yanğın zamanı zəruri hərəkətlər öyrədilməklə yanaşı, yanğın təhlükəsizliyinin təmin olunması üçün növbətçi həkim və xidməti heyətin üzərinə düşən vəzifələr  açıqlanmışdır.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hospitalında keçirdiyi yanğına qarşı təbliğat günü çərçivəsində tibb ocağının ərazisinə, laboratoriyalarına, ixtisaslaşdırılmış kabinetlərinə yanğın-texniki baxış keçirilmiş, müvafiq tövsiyələr verilmişdir.

Maarifləndirmə işlərinin səmərəsini artırmaq məqsədilə hospitalda Dövlət Yanğın Nəzarəti Xidmətində hazırlanmış yanğına qarşı təbliğat xarakterli kitabça, plakat və yaddaş vərəqələri paylanmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu