Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə və Bərdədə "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional müşavirələr keçirmişdir

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə şəhərində və Bərdə rayonunda "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional müşavirələr keçirmişdir. Regional müşavirələrdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr əsas müzakirə obyekti oldu. Müşavirələrdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi, yanğın baş verən zaman zəruri tədbirlər dövlət yanğın nəzarəti qurumlarının əməkdaşları, rayon icra hakimiyyəti, bələdiyyə və təsərrüfat nümayəndələri tərəfindən müzakirə edildi. Həmçinin, burada respublikamızın meşələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr, meşə mühafizəsi və bərpası müəssisələrinə olan tələblər, yanğın zamanı zəruri hərəkətlər, meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət, yanğınsöndürmə texnikası və vasitələri haqqında ətraflı məlumat verildi.

Müşavirələrdə 2009-cu ildə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə baş vermiş yanğın hadisələrinin səbəbləri ətraflı təhlil olundu. Həmçinin, yanğına qarşı təbliğat işinə geniş yer verilərək Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərdən bəhs edən mühazirələr oxundu, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması haqqında ətraflı danışıldı, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun yanğın təhlükəsizliyinin təmin olunması üçün vəzifəli şəxslər, kənd təsərrüfatı əməkçiləri, vətəndaşlar qarşısında qoyduğu vəzifələr barədə söhbət açıldı.

Müşavirələrdə yanğına qarşı təbliğat işinin səmərəsini artırmaq məqsədilə Dövlət Yanğın Nəzarəti Xidmətində hazırlanmış "Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri" adlı yanğına qarşı təbliğat xarakterli səyyar foto-tematik sərgiyə baxış keçirilmiş, "Dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi tədbirləri" adlı yaddaş kitabçaları təsərrüfat nümayəndələrinə paylanmışdır.

Bərdə rayonunda keçirilən müşavirədən sonra kənd təsərrüfatı məhsulu istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək və onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı məhsulu istehsalçılarını, əsasən, kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, ehtiyat hissələri, aqrokimyəvi maddələr və ziyanvericilərə qarşı mübarizə preparatları ilə təmin etmək kimi vəzifələri həyata keçirən «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi rayonunundakı Aqroservis filialında taxıl yığımına cəlb olunmuş texnikalara və onların ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirildi, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması işinin vəziyyəti, texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlı vəziyyətdə olub-olmaması yoxlanıldı, müvafiq tövsiyələr verildi, yanğına qarşı təbliğat xarakterli söhbətlər aparıldı.

Qeyd edək ki, bu mövzuda respublikanın digər bölgələrində də müşavirələr keçirilir.



Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu