Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında armrestlinq üzrə çempionat keçirilmişdir

Nazirlik sistemində idmanın müxtəlif növlərinin təbliğ olunması, işçilərin fiziki hazırlığının yüksəldilməsi və onların asudə vaxtlarının səmərəli təşkilində idman tədbirlərinin rolunun artırılması məqsədi ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə keçiriləcək idman yarışları və çempionatların əsasnaməsi"nə uyğun olaraq, aprelin 20-də Fövqəladə Hallar Nazirliyinin qurumları arasında növbəti armrestlinq üzrə çempionat keçirilmişdir. Çempionatda 17 komandadan 80-ə yaxın idmançı 6 çəki dərəcəsində öz güclərini sınamışlar. Yarışları beynəlxalq dərəcəli hakim Azad Mustafayev və respublika dərəcəli hakim Vaqif Hüseynov idarə etmişdir.

Nəticədə, komanda hesabı üzrə birinciliyi Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) komandası əldə edib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Mülki müdafiə qoşunlarının (MMQ) və FHN Akademiyasının komandaları tutublar.

Şəxsi birinciliyə görə, 65kq çəki dərəcəsində birinci yeri Fərid Məmmədov (Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX)), ikinci yeri Röyal Hüseynov (Akademiya), üçüncü yeri Sərxan Rüstəmov (DSXX), 70kq çəki dərəcəsində birinci yeri Abbas Paşayev (Dövlət Yanğından Mühafizə Xidməti (DYMX)), ikinci yeri Səmədağa Paşayev (Akademiya), üçüncü yeri Beyrək Bağırov (MMQ), 75kq çəki dərəcəsində birinci yeri Yavər Novruzov (MMQ), ikinci yeri Vüsal Əsgərov (Akademiya), üçüncü yeri Adil Cəfərov (DSXX), 80kq çəki dərəcəsində birinci yeri İbrahim Məhərrəmov (MMQ), ikinci yeri Fərhad Tağıyev (DSXX), üçüncü yeri Rasim Əzimov (DYMX), 90kq çəki dərəcəsində birinci yeri Yalçın Məmmədov (XRXX), ikinci yeri Əsəd Babayev (DSXX), üçünücü yeri Elçin Rzayev (Akademiya), 90kq-dan yuxarı çəki dərəcəsində birinci yeri Rəşad Hacıyev (Sumqayıt Regional Mərkəzi), ikinci yeri Samir Hüseynov (Dövlət Yanğın Nəzarəti Xidməti), üçüncü yeri isə Faiq Əhmədov (XRXX) qazanmışdır.

Çempionatın bağlanış mərasimində çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi Fizuli Musayev qalib gəlmiş komandaları və idmançıları təbrik etmişdir. Çempionatda birinci, ikinci və üçüncü yerləri tutmuş komandalar kuboklarla təltif olunmuş, şəxsi birincilikdə fərqlənən idmançılar isə medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən......

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 yanvar 2018-ci il tarixində Tərtər şəhərində Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu