Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində yanğın təhlükəsizliyi günləri keçirmişdir

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrində təşkil etdiyi görüşlərdə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları hissələrdə yanğından mühafizə planlarının tərtib olunması, şəxsi heyətə yanğın təhlükəsizliyi qaydalarının və yanğınsöndürmə zamanı hərəkətlərin öyrədilməsi işi ilə maraqlanmış, hərbi hissələrin ərazisində müvafiq norma üzrə su və digər yanğınsöndürmə vasitələri ehtiyatlarının, habelə yaxınlıqdakı şəhər (rayon) yanğın təhlükəsizliyi bölmələri ilə rabitə əlaqəsinin vəziyyəti ilə tanış olmuşlar. Onlar, həmçinin, yanğınsöndürmə avtomobillərinə və motopompalara, yerli və səyyar yanğınsöndürmə qurğularına, yanğın hidrantlarına, avtomatik yanğınsöndürmə qurğularına, yanğın su tutarlarına, yanğın siqnalizasiya sisteminə də baxış keçirmişlər.

Hərbi hissələrdəki görüşlər zamanı əsgərlərə yanğına qarşı təbliğat xarakterli dərs keçirilmiş və hərbi hissələrdə maarifləndirmə işlərinin səmərəsini artırmaq məqsədilə Dövlət Yanğın Nəzarəti Xidmətində hazırlanmış yanğına qarşı təbliğat xarakterli kitabça, plakat və yaddaş vərəqələri paylanmışdır.   

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu