Geri

Yevlaxda seminar-müşavirə keçirilmişdir

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinə həsr edilmiş seminar-müşavirə keçirmişdir.

Yevlax şəhərində keçirilən seminar-müşavirədə təhlükə potensiallı qurğu və avadanlıqları olan 100-dən artıq müəssisənin əməkdaşları, Aran regionuna daxil olan şəhər və rayonların, o cümlədən Goranboy, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının, həmçinin, Naftalan, Mingəçevir və Yevlax şəhərlərinin İcra başçılarının müavinləri - fövqəladə hallar komissiyalarının sədrləri iştirak etmişlər. Tədbirdə əsas məqsəd regionda fəaliyyət göstərən təhlükə potensiallı sənaye müəssisələrinin rəhbərlərinə, sahibkarlara, iş adamlarına və fiziki şəxslərə təmsil etdikləri sahədə baş verə biləcək qəza və bədbəxt hadisələrin vaxtında xəbərdar edilməsi, qarşısının alınması məqsədilə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsində onlara yardım edilməsi və bu istiqamətdə Aran Regional sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti müfəttişliyinin rolunun gücləndirilməsi olmuşdur.   

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu