Geri

GUAM-ın Fövqəladə hallar üzrə İşçi Qrupunun üçüncü iclası keçirilmişdir

30 mart 2010-cu il tarixində Ukraynanın Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM-ın Fövqəladə hallar üzrə İşçi Qrupunun üçüncü iclası keçirilmişdir. İclasa Ukraynanın Fövqəladə hallar və əhalinin Çernobıl qəzasının nəticələrindən qorunması nazirinin birinci müavini, fövqəladə hallar üzrə İşçi Qrupunun rəhbəri V.P Butu və GUAM-ın baş katibi V.Çeçelaşvili rəhbərlik etmişdir. İclasda, həmçinin, GUAM-a üzv ölkələrin nümayəndələri və Yaponiyanın Ukraynadakı səfirliyinin birinci katibi Kondo Şunsuke iştirak etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də iclasda iştirak etmişlər.

İclasda fövqəladə hallar üzrə İşçi Qrupunun 2009-cu il üzrə fəaliyyət planının həyata keçirilməsi barədə hesabat dinlənilmiş və 2010-cu il ərzində görüləcək işlər müəyyən edilmişdir.

İclas zamanı GUAM-a üzv dövlətlərin fövqəladə halların idarə olunması və nəticələrinin aradan qaldırılması sahəsində ümumi siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində məsələlər müzakirə edilmişdir.

GUAM üzv-dövlətlərin qoşulduğu "Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində hökumətlərarası əməkdaşlıq barədə Saziş"in 2010-2011-ci illər üzrə müddəalarının yerinə yetirilməsi məqsədilə birgə tədbirlər planı razılaşdırılmışdır.

İclasda təbii və texnogen xarakterli fövqəladə halların baş verməsi zamanı GUAM-a üzv dövlətlərin məlumatlandırılması, kadrların hazırlanması və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

İclasda, həmçinin, Fövqəladə hallar üzrə İşçi Qrupu GUAM-a üzv dövlətlərin nümayəndələrinin Şərq tərəfdaşlığı çərçivəsində digər təşkilatlarla, o cümlədən təbii və texnogen xarakterli fövqəladə halların idarə olunması və nəticələrinin aradan qaldırılması sahəsində geniş təcrübəyə malik müvafiq qurumlarla təcrübə mübadiləsinin davam etdirilməsini tövsiyə etmişdir.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən......

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 yanvar 2018-ci il tarixində Tərtər şəhərində Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu