Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib

Martın 30-da FHN Mülki müdafiə qoşunlarının (MMQ) alayında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib.

Müxtəlif qurumları təmsil edən 16 yığma komandanın iştirak etdiyi yarışda 70-dən artıq idmançı öz gücünü sınayıb. Çempionatı açıq elan edən FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev idmançıları salamlayaraq onlara uğurlar arzulayıb.

24 kiloqramlıq daşla birdən və təkanla qaldırma tapşırıqlarını yerinə yetirən iştirakçılar altı çəki dərəcəsində növbə ilə meydana çıxaraq öz güclərini sınayıblar. Çox maraqlı və qızğın mübarizə şəraitində keçən yarışa beynəlxalq dərəcəli hakim Azad Mustafayev və respublika dərəcəli hakim Vaqif Hüseynov rəhbərlik ediblər. Komanda və şəxsi birincilik üzrə qaliblər müəyyən olunduqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Nəticədə, komanda hesabı üzrə birinciliyi MMQ komandası əldə edib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) və Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandaları tutublar. Şəxsi birinciliyə görə, 60kq çəki dərəcəsində birinci yeri Rüstəm Allahverdiyev (Aviasiya dəstəsi), ikinci yeri Elşən Yaqubov (XRXX), üçüncü yeri Dilqəm Əliyev (MMQ), 65kq çəki dərəcəsində birinci yeri Beyrək Bağırov (MMQ), ikinci yeri Nizami Məmmədov (MMQ), üçüncü yeri Vadim Qorelifev (XRXX), 70kq çəki dərəcəsində birinci yeri Mətləb Mamedov (MMQ), ikinci yeri Orxan Hüseynov (Dövlət Sularda Xilasetmə Xidməti), üçüncü yeri Elman Hətəmov (DYMX), 80kq çəki dərəcəsində birinci yeri Ayaz Həsənov (XRXX), ikinci yeri Kamran Dadaşov (MMQ), üçüncü yeri Zakir Zeynalov (Sumqayıt Regional Mərkəzi), 90kq çəki dərəcəsində birinci yeri Fərid Bədəlov (MMQ), ikinci yeri Rəşad Səttarzadə (DYMX), üçüncü yeri Pərvin İmanov (MMQ), 90kq-dan yuxarı çəki dərəcəsində isə birinci yeri Ədalət Qasımov (DYMX), ikinci yeri Çingiz Rzayev (FHN Aparatı), üçüncü yeri Xəqani Məmmədov (MMQ) qazanmışlar.

Qalib gəlmiş komandalar kuboklarla, şəxsi birincilikdə qalib gələnlər isə medal və hədiyyələrlə mükafatlandırılmışlar.  

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu