Geri

Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi qaydalarına zidd hallara qarşı mübarizəni gücləndirir

Əhali və ərazilərin fövqəladə hadisələrdən, o cümlədən yanğın təhlükəsindən qorunması üçün Fövqəladə Hallar Nazirliyi qabaqlayıcı tədbirlərin həyata keçirilməsini davam etdirir. Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə birgə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədilə, öz səlahiyyətləri çərçivəsində, yaşayış binalarının birinci mərtəbəsində, həmçinin, zirzəmi və yarımzirzəmilərdə fəaliyyət göstərən obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının vəziyyətini öyrənmək üçün Bakı şəhərinin rayonlarında operativ yanğın-texniki müayinələr keçirir. Müayinələr zamanı təbii və maye qazdan istifadə olunması ilə əlaqədar müvafiq qaydaların tələblərinə nə dərəcədə riayət olunması öyrənilməklə yanaşı, obyektlərdə yanğınxəbərverici siqnalizasiyanın, isitmə və havalandırma sistemlərinin, elektrik qurğularının sazlığı, ümumi təxliyyə yollarının, su təchizatı mənbələrinin vəziyyəti araşdırılmışdır.

Operativ-yanğın texniki müayinələr zamanı maarifləndirmə işlərinə də geniş yer ayrılmış, ticarət, ictimai iaşə müəssisələrinin rəhbərlərinin və işçilərinin diqqətinə bir daha çatdırılmışdır ki, yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar.

Müayinələr zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olan çoxsaylı hallar da aşkar olunmuşdur. Bu halların aradan qaldırılması üçün Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliyə uyğun olaraq bütün zəruri tədbirləri həyata keçirir.

Digər məlumatlar

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

15 noyabr 2019-cu il tarixində saat 01:34 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında yerləşən 29/42 saylı 17 mərtəbəli mansard tipli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

Nazir müavini Etibar Mirzəyev NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimdə iştirak edən NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika......

Ardını oxu