Geri

Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilmişdir

Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində 2009-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev iştirak etmişdir.

2009-cu ildə respublika ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə Xidmətin rəisi daxili xidmət general-mayoru Elmar Hüseynov məruzə etmişdir. Məruzədə ötən il respublika ərazisində layihələndirmə, tikinti və quraşdırma işlərinin aparılması zamanı yanğın təhlükəsizliyi norma və qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi, mövcud obyektlərin yanğına qarşı vəziyyəti haqqında məlumatların əldə edilməsi, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması, nasaz yanğın su hovuzlarının yararlı vəziyyətə gətirilməsi, neft və qaz kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolaqlarında inşa edilmiş yaşayış evlərinin və obyektlərin, küçə və keçidlərin yanğın təhlükəsizliyi qaydalarına uyğunluğunun müəyyənləşdirilməsi və həyata keçirilmiş digər tədbirlər barədə geniş məlumat verilmişdir.

Dövlət Yanğın Nəzarəti Xidmətinin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin rəislərinin 2009-cu ildə müvafiq olaraq görülmüş işlər haqqında hesabatları dinlənilmişdir.

Müşavirədə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev çıxış edərək yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədilə fiziki və hüquqi şəxslərə məxsus ərazilərdə, binalarda, qurğularda və digər obyektlərdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılan müayinələrin keyfiyyətini artırmağın zəruriliyini vurğulamış, qarşıda duran vəzifələrin daha çox səmərə verməsi üçün Nazirliyin rəhbərliyinin tələb və tapşırıqlarını müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu