Geri

Nazirliyin nümayəndə heyəti Yunanıstanda səfərdə olmuşdur

Yunanıstan Respublikasının vətəndaşların mühafizəsi naziri Mihalis Krisohoidisin dəvəti ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti 22-23 fevral 2010-cu il tarixlərində Yunanıstan Respublikasında rəsmi səfərdə olmuşdur.

Səfər zamanı Azərbaycan Respublikasının FHN və Yunanıstan Respublikasının Vətəndaşların Mühafizəsi Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilmişdir. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış və hər iki nazirlik arasında mövcud əlaqələrin möhkəmləndirilməsi, daha da inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barəsində müzakirələr aparılmışdır.

Görüşdən sonra "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanmışdır.

Həmçinin, səfər zamanı nazirliyin nümayəndə heyəti Afinada yerləşən "Syntagma" metro stansiyasında olmuşdur. Nümayəndə heyətinə metronun təhlükəsizlik sistemi haqqında ətraflı məlumat verilmişdir.

Bundan başqa, Elefisina Hava Qüvvələri Bazasında, Yunanıstan Polis Əməliyyat və Yanğın Xidməti Əməliyyat mərkəzlərində görüşlər keçirilmişdir. Görüşlərdə qeyd olunan qurumların iş fəaliyyəti haqqında Nazirliyin nümayəndə heyətinə ətraflı məlumat verilmiş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir (Video - Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında......

Ardını oxu