Geri

İsraildə baş vermiş yanğınların söndürülməsində iştirak etmiş FHN-nin Aviasiya dəstəsinin rəisi sertifikat və fəxri fərmanla təltif edilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2 ədəd vertolyot və 16 nəfərdən ibarət texniki heyətinin İsrail Dövlətinin Hayfa şəhəri ətrafında baş vermiş yanğınların söndürülməsi məqsədilə 4 dekabr 2010-cu il tarixindən İsrailə yola düşmüş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2 ədəd "Mİ-17-1V" tipli "FHN-10102" bort və "Ka-32A" tipli "FHN-10105" bort nömrəli vertolyotu və 16 nəfərdən ibarət texniki heyəti yanğınların söndürülməsində iştirak etmişdir.

İsrail prezidenti Şimon Peres bu ölkədə yanğınların söndürülməsində iştirak etmiş xarici ölkələrin xilasediciləri ilə görüşüb.

Görüş zamanı yanğının söndürülməsində iştirak etmiş Azərbaycan, Bolqarıstan, Xorvatiya, Kipr, Misir, Fransa, Almaniya, Yunanıstan, Hollandiya, İtaliya, İspaniya, İsveçrə, Böyük Britaniya, ABŞ, Rusiya, İordaniya, Türkiyə və Fələstindən müvafiq qurumların əməkdaşlarına mükafatlar təqdim edilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov isə sertifikat və fəxri fərmanla təltif edilib.

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində Gənclər Günü münasibətilə tədbir keçirilmişdir

2 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bayıl yamacındakı sürüşmə ərazisinə baxış keçirmişdir

Yanvarın 26-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirmişdir......

Ardını oxu