Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2 ədəd vertolyot və 16 nəfərdən ibarət texniki heyətinin İsrail Dövlətinin Hayfa şəhərinin ətrafında baş vermiş yanğınların söndürülməsində iştirakı barədə məlumat

İsrail Dövlətinin Hayfa şəhərinin ətrafında baş vermiş yanğınların söndürülməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin balansında olan 2 ədəd "Mİ-17-1V" tipli "FHN-10102" bort və "Ka-32A" tipli "FHN-10105" bort nömrəli vertolyot və 16 nəfərdən ibarət texniki heyət 4 dekabr 2010-cu il tarixindən həmin ölkəyə yola düşmüşdür..

Vertolyotlar Azərbaycan - Gürcüstan - Türkiyə marşrutu üzrə İsrailə uçurlar.

Digər məlumatlar

FHN “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2017-ci il dekabrın 7-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. ...

Ardını oxu

Fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü seçilmişdir

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə diplom və döş nişanını təqdim etmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşları qəbul etmişdir

24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir....

Ardını oxu