Geri

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin yeni bazası və Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə idarəsinin Səngəçal Taxıl Elevatoru istifadəyə verilmişdir

Bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin yeni bazası istifadəyə verilib. Açılış mərasimində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib. Baza qərargah binası, alpinist və yanğın-taktiki hazırlığı, tibb hazırlığı, dalğıc hazırlığı sinifləri, yataqxana, yeməkxana, tibb məntəqəsi və texnika parkından ibarətdir. Dalğıcların təlim-məşq prosesi çərçivəsində şərti olaraq suda batan avtomobilin çıxarılması və xəsarət alan sürücünün xilasetmə əməliyyatı nümayiş olundu. Məlumat verildi ki, bazada xilasedicilərin xidmət etməsi üçün lazım olan bütün şərait yaradılıb, baza zəruri xilasetmə texnikaları və avadanlıqlarla təmin olunub.

Bu gün, eyni zamanda, FHN-nin Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə idarəsinin Səngəçal Taxıl Elevatoru da istismara verilib. Elevatorun istismara verilməsi ilə bağlı keçirilən tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadi inkişaf naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri İsmət Abasov iştirak edib. Məlumat verildi ki, elevator hər birinin tutumu 10 min ton təşkil edən 10 saxlanc çənindən ibarətdir. Burada taxılın saxlanılması və mühafizə edilməsi üçün lazımi şərait yaradılıb. Səngəçal Taxıl Elevatorun normal iş rejimini təmin etmək üçün əraziyə dəmir yolu xətti və asfalt yol çəkilib. Daha sonra tədbir iştirakçıları elevatorun iş rejimi ilə tanış oldular.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında Dövlət Taxıl Fondunun Səngəçal Elevatorunun tikintisinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi, ərzaq təhlükəsizliyi sahəsində də verdiyi müdrik tapşırıq və göstərişlərinin nəticəsində reallaşdığını bildirdi. Onun sözlərinə görə, istifadəyə verilən elevator ölkənin taxıl təminatında mühüm rol oynayacaqdır.

Fövqəladə Hallar Nazirinin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında da 30 min ton tutuma malik elevator tikilərək təhvil verilib. Gəncədə tikilən 60 min tonluq elevator bir aydan sonra təhvil veriləcək. Bundan başqa, tutumu 100 min ton olan elevatorun tikintisi də nəzərdə tutulur. Hazırda həmin anbarın yerinin dəqiqləşdirilməsi ilə bağlı işlər aparılır.  

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 12-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 12-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə 14 dekabr 2017-ci il tarixində təntənəli tədbir keçirilmişdir....

Ardını oxu

FHN “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2017-ci il dekabrın 7-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. ...

Ardını oxu

Fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü seçilmişdir

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə diplom və döş nişanını təqdim etmişdir. ...

Ardını oxu