Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdə olmuşdur

5-6 oktyabr 2010-cu il tarixlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdə olmuşdur.

Səfər çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstan Respublikasının Baş naziri Kərim Məsimovla görüşmüşdür. Görüş zamanı iki ölkə arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan K.Heydərov, Xəzər dənizi hövzəsi və sahilyanı ərazilərdə neft çirklənmələri və digər qəzalarla əlaqədar əməkdaşlığın gücləndirilməsi barədə danışmışdır.

Daha sonra Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyində geniş tərkibdə görüş olmuşdur. Görüşdən sonra iki ölkənin fövqəladə hallar nazirləri Vladimir Bojko və Kəmaləddin Heydərov "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş" imzalamışlar.

Səfər müddətində nümayəndə heyəti, həmçinin, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin bəzi qurumlarının fəaliyyəti ilə də yaxından tanış olmuşlar.

Səfər çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti, həmçinin, Avroasiya Kazenerji "Avroasiya enerji xəritəsi: risklərin və yeni imkanların balansı" forumunun işində də iştirak etmişdir. Forum çərçivəsində  Kazenerji Assosiasiyasının sədri Timur Kulibayevlə, habelə Astana şəhərinin meri İmanğəli Tasmağanbetovla da görüşmüşdür.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində NATO Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi dalğıc axtarış qrupu cəlb edilməklə Aviasiya dəstəsinin 1 ədəd helikopteri vasitəsilə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir....

Ardını oxu