Geri

Rusiya Prezidenti Azərbaycan FHN-nin əməkdaşlarını "Cəsarət" ordeni ilə təltif edib

Rusiya Prezidenti cənab Dmitri Medvedev bu ilin yayında Rusiyaya meşə yanğınlarının söndürülməsi üçün köməyə gələn 15 ölkənin fövqəladə hallar xidmətlərinin və xilasedici bölmələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını da mükafatlandırıb.

Mükafata 46 nəfər, o cümlədən Rusiyaya köməyə gələn 15 ölkənin fövqəladə hallar xidmətlərinin və xilasedici bölmələrinin nümayəndələri layiq görülüb. Onlar arasında Azərbaycan, Belarus, Bolqarıstan, Almaniya, İtaliya, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Fransa, Estoniya və digər ölkələrdən olan yanğınsöndürən və təyyarəçilər var.

Xarici mütəxəssislər təqdimat mərasimində Rusiya Prezidentinə yüksək mükafatlara layiq görüldüklərinə görə minnətdarlıqlarını bildiriblər. Təqdimat zamanı, Azərbaycan FHN-nin Aviasiya dəstəsinin rəisi polkovnik Əşrəf Qasımov Azərbaycan atalar sözünü xatırladıb: "Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır". "Və biz əminik ki, əgər çətin vəziyyətə düşsək, qonşumuz mütləq bizə kömək edəcək", deyə o, əlavə edib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu