Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Yanvarın 21-də FHN Akademiyasında Ukrayna FHN Mülki Müdafiə Universiteti və Belarus Respublikası FHN Mühəndis-Komanda İnstitutunda təhsilə başlayan 59 nəfər azərbaycanlı müdavimin andiçmə mərasimi keçirilmişdir.

Andiçmə mərasimi açıq elan edildikdən sonra Azərbaycanın dövlət himni səslənmiş, dövlət bayrağımız təntənəli surətdə sıraya gətirilmişdir. Sonra andiçmə mərasiminə başlanılmışdır. Tribunanın önündə düzülən müdavimlər Azərbaycan Respublikasının bayrağı önündə  respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, Vətəni layiqincə qoruyacaqlarına and içmişlər.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov andiçmə mərasiminə yekun vuraraq, gənclərə təhsillərində uğurlar arzulamış və onların qarşısında duran vəzifələrdən danışmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu