Geri

Nazirliyin axtarış və xilasetmə komandası Qazaxıstanda keçirilən "ZHETYSU 2009" beynəlxalq təlimində iştirak edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 27 nəfərdən ibarət axtarış-xilasetmə və kimyəvi, bioloji, radioloji və nüvə komandası NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin və Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 5-11 sentyabr 2009-cu il tarixlərində Almatı şəhərinin yaxınlığında təşkil olunan "ZHETYSU 2009" beynəlxalq təlimində iştirak edir.

Təlimin əsas məqsədi Qazaxıstan ərazisində baş verə biləcək fövqəladə hal zamanı beynəlxalq və yerli xilasetmə bölmələrinin birgə fəaliyyəti üzrə təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Tədbirə NATO-nun üzv və tərəfdaş dövlətlərindən 26 ölkə, eləcə də Birləşmiş Millətlər Təşkilatının,  Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərinin müvafiq strukturları cəlb olunmuşdur. Bütövlükdə, tədbirdə 1500 nəfərdən çox təlim iştirakçısı və müşahidəçi iştirak edir

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu

“Mübarizlər” ekstremal idman marafonu üzrə qalib komanda təltif olunmuşdur

6 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Mübarizlər” ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutmuş Fövqəladə Hallar Nazirliyinin komandasının üzvlərinin təltif olunma mərasimi keçirilmişdir. ...

Ardını oxu