Geri

Bu gün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi subasma hadisəsindən zərər çəkmiş rayonlara humanitar yardım göndərmişdir

Son günlər aramsız yağan yağışlar nəticəsində zərər çəkmiş Lənkəran, Xaçmaz, Quba, Şamaxı, Daşkəsən, Gədəbəy, Tovuz, Qax və Qobustan rayonlarına Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə 400 min manat dəyərində humanitar yardım göndərilmişdir. Humanitar yardım 520m3  taxtadan, 32 min ədəd şiferdən, 6500 m2 şüşədən və 2500 m2  metal şiferdən ibarətdir. 

Yağmış leysan yağışlarından Hacıqabul, Masallı və Qusar rayonları daha çox zərər çəkmişdir. Hazırda  bu rayonlara dəymiş ziyanın həcmi dəqiqləşdirilir. 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu