Geri

Fövqəladə Hallar Nazirliyinin "Gənc xilasedicilər" komandası beynəlxalq yarışda I yeri qazanmışdır

18-22 sentyabr 2009-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin "Gənc xilasedicilər" komandası Belarus Respublikasının Minsk vilayətində yerləşən "Zubryonok" Milli Uşaq Təhsil-Sağlamlıq Mərkəzinin bazasında keçirilmiş VII Beynəlxalq gənc xilasedici və yanğınsöndürənlər toplanışında müvəffəqiyyətlə çıxış edərək Belarus Respublikasının komandası ilə birgə I yeri bölüşmüşdür. II yerə Ukrayna, III yerə isə Rusiyanın gənc xilasedicilər komandası layiq görülmüşdür.

Beynəlxalq toplanış beş mərhələyə bölünmüşdür: "Vizit kartı", "Yanğın estafeti", "Gənc ekspertlər", "Şən rəssamlar", "Divar qəzeti". Bu yarışlarda Azərbaycan, Bolqarıstan, Belarus, Almaniya, Latviya, Litva, Moldova, Polşa, Rusiya, ABŞ və Ukraynadan olan gənc xilasedicilər komandaları iştirak etmişlər.

Yarışların sonunda Belarus Respublikasının fövqəladə hallar naziri Ənvər Bariyev yarışlarda qalibiyyət qazanmış komandaları kubok, fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif etmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası... ...

Ardını oxu

FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb....

Ardını oxu