Geri

Respublikanın bəzi ərazilərində subasma hadisəsi baş vermişdir

Sentyabrın 20-dən başlayaraq, respublikanın bəzi ərazilərində hava şəraiti kəskin dəyişmiş, leysan xarakterli yağışlar yağmışdır. Qısa müddət ərzində aylıq normadan iki dəfə çox miqdarda düşən yağıntı nəticəsində, Hacıqabul rayonununda və Bakı-Hacıqabul avtomobil yolu ətrafında subasma hadisəsi baş vermişdir.

Eyni zamanda, Xaçmaz və Qusar rayonlarının bəzi kəndlərində yağan güclü leysan yağışları nəticəsində daşqın baş vermiş, əsasən yaşayış evləri, avtomobil yolları və təsərrüfat sahələrinə ciddi ziyan dəymişdir.

Elə həmin gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə rayonlarına gəlmiş, yaranmış vəziyyətlə tanış olmuş, hadisənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.

Hadisə yerlərinə Nazirliyin şəxsi heyəti və xüsusi texnikası cəlb olunmuş, subasmış ərazilərin sulardan təmizlənməsi təmin edilmiş, əhali təhlükəli ərazilərdən təxliyə edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu