Geri

Fövqəladə Hallar Nazirliyi "Xəzər- 2009" taktiki təlimi keçirmişdir

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin fövqəladə hallar üzrə qurumlarının rəhbərlərinin toplantısı çərçivəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən "Xəzər-2009" adlı taktiki təlim keçirilmişdir.

Təlimin əsas məqsədi quruda və dənizdə baş verə biləcək irimiqyaslı fövqəladə halların nəticələrinin aradan qaldırılıması zamanı komandir-rəis heyətinin idarəetmə qabiliyyətlərinin yüksəldilməsi, axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında iştirak edən şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsindən ibarət olmuşdur. Taktiki təlimi müşahidə edən toplantı iştirakçilarına Azərbaycan Respublikasının neft-qaz sənayesində texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkil edilməsi üzrə əməliyyatların aparılmasının üsul və qaydaları nümayiş etdirilmişdir.

Təlimə Nazirliyin yanğından mühafizə bölmələri, mülki müdafiə qoşunları, xüsusi riskli xilasetmə, sularda xilasetmə və s. xidmətlərinin şəxsi heyəti və xüsusi texnikaları cəlb edilmişdir.

QDİƏT-ə üzv ölkələrin fövqəladə hallar üzrə qurumlarının rəhbərləri və digər qonaqlar təlimin gedişini yüksək qiymətləndirmişlər.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu