Geri

Bakıda QDİƏT-ə üzv dövlətlərin fövqəladə hallar üzrə qurumlarının rəhbərlərinin toplantısı keçirilmişdir

Sentyabrın 18-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin fövqəladə hallar üzrə qurumlarının rəhbərlərinin toplantısı keçirilib.


Toplantıda, Ermənistan istisna olmaqla, QDİƏT-ə üzv ölkələrin nümayəndələri iştirak ediblər. Tədbirin açılışında çıxış edən Azərbaycanın Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən, bu sahədə əldə olunmuş uğurlardan danışıb. Nazir deyib ki, bu toplantı ölkələr arasında əlaqələri daha da gücləndirəcək.

Toplantıda fövqəladə hallarla mübarizə sahəsində problemlərin həlli, bu sahədə QDİƏT ölkələri arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın inkişafı, habelə digər məsələlər müzakirə olunmuşdur.

Toplantının yekunu olaraq Bakı Bəyannaməsi qəbul edilib.

Daha sonra toplantı iştirakçıları Fövqəladə Hallar Nazirliyinə gəlmiş, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Elə həmin gün toplantı iştirakçıları Bakı yaxınlığında Nazirliyin yanğından mühafizə bölmələri, mülki müdafiə qoşunları, xüsusi riskli xilasetmə, sularda xilasetmə və s. xidmətlərinin əməkdaşlarının iştirakı ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən "Xəzər 2009" təlimini müşahidə etmişlər.

Təlimə Nazirliyin 4 kateri, 2 gəmisi, 1 təyyarəsi, 4 vertolyotu, yanğınsöndürən maşınları və digər müxtəlif təyinatlı xüsusi texnikaları cəlb olunmuşdur.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu