Geri

Bakıda QDİƏT-ə üzv dövlətlərin fövqəladə hallar üzrə qurumlarının rəhbərlərinin toplantısı keçiriləcəkdir

Sabah - sentyabrın 18-də Bakı şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin fövqəladə hallar üzrə qurumlarının rəhbərlərinin toplantısı iclası keçiriləcəkdir. Tədbirdə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya, Rusiya, Türkiyə, Ukrayna və müşahidəçi qismində digər dövlətlərin müvafiq qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.

QDİƏT regionunda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə digər məsələlər müzakirə olunacaqdır.

Tədbirin yekununda Bakı bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin MƏLUMATI

Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur....

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2019-cu il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu