Geri

Nazirliyin Akademiyasında ilk tədris ilinin başlanması təntənə ilə qeyd olunmuşdur

Sentyabrın 15-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ilk tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilmişdir.

Mərasimdən əvvəl Akademiyanın şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir.

Akademiyanın yeni istifadəyə verilmiş binasında kursant və müdavimlərin andiçmə mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-mayor Faiq Tağı-zadə Akademiyaya yeni qəbul olunmuş kursant və müdavimləri təbrik etmiş, respublikamızın yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında bu təhsil müəssisəsinin önəmli rolu olduğunu vurğulamışdır.

Sonra Bakı Yanğın Texniki Məktəbini 2009-cu ildə bitirən məzunlara diplomlar təqdim edilmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu